Iki nəfəri güllələyən şəxs tutuldu - YENİLƏNİB 

16:06 10.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda silahlı insident törədən şəxs saxlanılıb.

 

Bu barədə hafta.az-a DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

 

"Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb", - DİN rəsmisi deyib. 

 

Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmayıb.

 

***

 

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

 

DİN-dən hafta.az-a bildirilib ki, hadisə zamanı 2 nəfər xəsarət alıb.

 

"Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb. Xəsarət alanlar 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb", - deyə rəsmi məlumatda qeyd olunub.